PDF Oxu

Siyasət

  • 24

Araz Əzimov: Azərbaycan beynəlxalq ictimaiyyətin bölgədəki münaqişələrə müxtəlif cür yanaşmasından təəccüblənir

Araz Əzimov: Azərbaycan beynəlxalq ictimaiyyətin bölgədəki münaqişələrə müxtəlif cür yanaşmasından təəccüblənir

"Azərbaycan beynəlxalq ictimaiyyətin, o cümlədən Avropa Birliyinin bölgədəki münaqişələrə müxtəlif cür yanaşmasından təəccüblənir. Beynəlxalq ictimaiyyətin bir sıra məsələlər üzrə mövqeyində ikili standartlar üstünlük təşkil edir". Bu fikirləri xarici işlər nazirinin müavini Araz Əzimov deyib.

A.Əzimov AB-nin Ukraynadakı vəziyyətə reaksiyasından və 20 ildən çox davam edən Dağlıq Qarabağ münaqişəsinə dair dəqiq mövqeyinin hələ də olmamasından təəccübləndiyini söyləyib. Onun sözlərinə görə, Ukraynada Azərbaycanın 20 ildən çox qarşılaşdığı problem hələ baş verməyib.

"Ötən illər ərzində AB-nin işğal məsələsində dəqiq bəyanatları və ya addımları müşahidə olunmayıb, Azərbaycan torpaqlarının işğalına görə Ermənistana qarşı sanksiyaların tətbiqi haqda bir dəfə də olsun danışılmayıb"- deyə, nazir müavini vurğulayıb.

yap.org.az

Digər xəbərlər