"Bütün dünya bilir ki, Jirinovski qeyri-ciddi adamdır. O, antitürk bəyanatları ilə "məşhurdur". Bu adam bəlkə Zori Balayandan da artıq anti-türkdür". Bu sözləri Milli Məclisin deputatı Elman Məmmədov Vladimir Jirinovskinin Dağlıq Qarabağ haqqında fikirlərinə münasibət bildirərkən deyib.
E.Məmmədov qeyd edib ki, Jirinovskinin hansısa sərsəm bəyanatı ilə heç nə həll olunmur.
"O, həmişə mənasız fikirlər söyləyir. Azərbaycan öz torpaqlarını işğalçılardan mütləq azad edəcək"- deyə, E.Məmmədov bildirib.
yap.org.az