PDF Oxu

Siyasət

  • 32

Asəf Hacıyev: “Bu məsələ Türkiyə dövlətinin daxili işidir”

Asəf Hacıyev: “Bu məsələ Türkiyə dövlətinin daxili işidir”

"Bu məsələ Türkiyə dövlətinin daxili işidir". Bunu SİA-ya millət vəkili Asəf Hacıyev Türkiyə ilə Ermənistan arasında Van-İrəvan aviareysinin açılması ilə bağlı məsələnin yenidən gündəmə gəlməsinə münasibət bildirərkən deyib."Ümumiyyətlə düşünmürəm ki, Van-İrəvan aviareysinin açılması dövlət səviyyəsində həll oluna bilər. Ola bilər ki, hansısa özəl şirkətlər bunun reallaşdırılmasına cəhd edirlər. Amma hər nə olur-olsun, Türkiyənin bu barədə apardığı siyasət Azərbaycana bəllidir. Qardaş ölkə Ermənistanla sərhədləri bağlayıb. Türkiyənin baş naziri və xarici işlər naziri dəfələrlə bəyan edib ki, Ermənistan tərəfi Azərbaycanın işğal olunmuş ərazilərindən çəkilməyincə heç bir sərhədin açılmasından söhbət gedə bilməz. Hesab edirəm ki, bu aviareysin açılması o qədər də ciddi məsələ deyil. İnanmıram ki, bu hansısa bir nəticə versin" – deyə, millət vəkili fikirlərini tamamlayıb.

sia.az

Digər xəbərlər