"Azərbaycan-ABŞ arasında əməkdaşlıq sahəsində hələ əvvəldən də müqavilələr və sazişlər bağlanıb". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov ABŞ-Azərbaycan işçi qrupunun gözlənilən görüşlərinin ölkəmizin hərbi və müdafiə sahəsinə gətirəcək yeniliklərlə bağlı münasibətini bildirərkən deyib. Onun sözlərinə görə, iki ölkə arasında hərbi və müdafiə sahəsində əməkdaşlıq yüksək səviyyədə davam etdirilir: "ABŞ-Azərbaycan münasibətlərinin genişləndirilməsi istiqamətində böyük işlər aparılır. İki ölkə arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində münasibətlərin genişləndirilməsi, hərbi-sənaye sahəsində birgə sazizşlər və günü-gündən irəliləlişlər göz qabağındadır". ABŞ-ın Azərbaycandakı hərbi təlimlərdə iştirak etmədiyini də xatırladan Elman Məmmədov onu da qeyd edib ki, iki ölkə arasında keçiriləcək bu görüşlərdə hərbi təlimlər, hərbi əməliyyatlar, hərbi texnikanın alınması kimi məsələlər öz əksini tapır: "Hesab edirəm ki, ABŞ dünyada mövcud hərbi qüdrətindən istifadə edərək, Azərbaycanın göz dağı olan Dağlıq Qarabağ kimi problemini də həll edə bilər. Azərbaycan Amerikanın bütün anti-terror əməliyyatlarına iştirak edən və həmişə Amerikanın yanında olan dövlət olub".
sia.az