PDF Oxu

Siyasət

  • 32

Araz Əzimov: "Azərbaycan buna qarşı güclü təzyiq göstərir"

Araz Əzimov: "Azərbaycan buna qarşı güclü təzyiq göstərir"

"Beynəlxalq təşkilatlarda çalışan Azərbaycan vətəndaşlarının sayının artırılmasına ehtiyac duyulur". SİA-nın məlumatına görə, bunu bu gün Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov beynəlxalq təşkilatlarda işləyən azərbaycanlıların I toplantısında çıxışı zamanı deyib."Birincisi, beynəlxalq təşkilatlarda çalışan Azərbaycan vətəndaşlarının bir- birilə əlaqə saxlaması və bunun üçün çevik şəbəkənin yaradılması zəruri olardı. Məlumat mübadiləsi və əlaqələndirmə birinci məqsəd ola bilər. Bunun davamı kimi isə Azərbaycanın marağına uyğun regional və transregional layihə təşəbbüslərini irəli sürmək və Azərbaycanda reallaşdırılmasına imkan yaratmaq lazımdır. Üçüncü məqsəd və yaxud təklif Azərbaycan vətəndaşlarının beynəlxalq təşkilatlarda sayının artırılması üçün orda çalışan vətəndaşlarımızın bir- birinə yardım etməsi, təcrübələri bölüşmək, vakansiyalara təqdim etmək üçün hansı vasitələrin effektiv olmasıdır. Bu Azərbaycana ona görə lazımdır ki, Azərbaycan ölkə, dövlət, millət olaraq güclənir, inkişaf edir, öz təsirlərini regiondan kənar yerinə yetirir, beynəlxalq nüfuzu artır"- deyə, A. Əzimov sözlərinə əlavə edib.Nazir müavini Azərbaycana qarşı müəyyən qüvvələrin və xüsusilə erməni təbliğatının bunlardan birinin olduğunu deyib: "Azərbaycan buna qarşı güclü təzyiq göstərir və bütün imkanlardan istifadə edib öz mövqeyini düzgün çatdırır".A. Əzimov Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq deyib ki, Azərbaycanın münaqişəyə dair mövqeyi beynəlxalq prinsiplərdən irəli gəlir və əksər ölkələr, təşkilatlar tərəfindən dəstəklənir: "Azərbaycanın öz mövqeyi beynəlxalq hüquqdan irəli gəlir və ərazi bütövlüyündən heç vaxt geri çəkilməz. İkincisi, Azərbaycanda öz yerlərini məcburi dəyişən qaçqın və məcburi köçkünlər var və onlar unudulmamalıdır. Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemləri həll olunur, amma onların yeni yaşayış yerlərinə köçürülməsi müvəqqətidir və buna məsələnin həlli kimi baxılmamalıdır. Çünki onların probleminin həlli yalnız öz torpaqlarına qayıtmaları ilə olacaq. Azərbaycanın işğal olunmuş ərazilərindən olan insanların öz doğma torpaqlarına qayıtması ilə bağlı Böyük qayıdış layihəsi beynəlxalq təşkilatlarda təbliğ edilməlidir".

sia.az

Digər xəbərlər