Martın 17-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilmişdir.
İclasın gündəliyində iki məsələ müzakirəyə çıxarılmışdır- 2014-cü ilin dekabr ayında Azərbaycan Respublikasında keçiriləcək Bələdiyyə seçkilərinə hazırlıq və Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının ümumrespublika konfransının keçirilməsi barədə.
YAP Sədrinin müavini, icra katibi, Baş nazirin müavini Əli Əhmədov gündəlikdə duran məsələlər barədə ətraflı məlumat vermişdir.İdarə Heyətinin üzvləri məsələ ilə bağlı çıxış edərək fikirlərini bildirmiş və geniş müzakirə aparılaraq müvafiq qərar qəbul olunmuşdur.
Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının ümumrespublika konfransının keçirilməsinə hazırlıq barədə YAP İdarə Heyətinin üzvü, Qadınlar Şurasının sədri Nurlana Əliyeva məlumat vermişdir.O,çıxışında YAP Qadınlar Şurasının ötən dövr ərzindəki fəaliyyəti barədə məlumat vermiş və bildirmişdir ki, konfransa hazırlıq işləri müəyyən olunmuş qaydada gedir və nəzərdə tutulmuş vaxtda keçiriləcəkdir.Bu məsələ barədə Yeni Azərbaycan Partiyası İdarə Heyəti qərar qəbul etmişdir.
yap.org.az