"Azərbaycan dövlətinin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində ölkə iqtisadiyyatı daha da sabit olub, sürətli inkişaf əldə edilib". Bu fikri iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov deyib. N.Səfərov bildirib ki, bu gün Azərbaycan regionda ən iri layihələrin təşəbbüskarı və icraçısıdır. Onun sözlərinə görə, son 10 ildə iqtisadiyyatın inkişaf tempinə görə Azərbaycan dünyada ən qabaqcıl ölkələrdəndir.
"Cənubi Qafqazda istehsal edilən ümumi daxili məhsulun 70%-dən çoxu Azərbaycanın payına düşür. Son illər iqtisadiyyatın inkişafında qeyri-neft sektorunun rolu xeyli artıb, yeni sənaye müəssisələri yaradılıb. Azərbaycanın strateji valyuta ehtiyatları dəfələrlə artaraq artıq 50 mlrd. dolları keçib"- deyə, nazir müavini vurğulayıb.
yap.org.az