"İstər İsa Qəmbər, istər Əli Kərimli dəfələrlə gücləri çatmadıqları ideyalardan, planlardan danışıblar. Bu planların, ideyaların heç biri reallaşmayıb. Çünki hər hansı bir qurumu yaratmaq üçün sosial baza şərt olsa da, müxalifət liderləri qətiyyən buna fikir vermirlər. Gecə yatıb yuxuda nə görürlərsə, səhər də durub onu yaradırlar. "Düşüncə Mərkəzi" də heç bir gücü, sosial dayaqları olmayan qurumdur. Əgər müxalifət rəhbərləri həqiqətən bir-birilərinə səmimi olsaydılar, bir-biriləri ilə düşmən olmasaydılar, "Milli Şura"da birləşə birləşərdilər. Deməli, bu adamları birlik, normal müxalifət yaratmaq ideyaları yox, sadəcə öz istəkləri düşündürür. "Düşüncə Mərkəzi" müxalifətin növbəti rüsvayçılığıdır". Bu fikirləri SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, millət vəkili İmamverdi İsmayılov bildirib.
İsa Qəmbərin "Düşüncə Mərkəz"i adı altında yeni bir qurum yaratmasına münasibət bildirən millət vəkili qeyd edib ki, Müsavat başqanı ilk olaraq öz başqanlıq səlahiyyətini təhvil versin: "Çünki iki ildir səlahiyyət müddəti bitib. Onun belə bir "Düşüncə Mərkəzi" adlı qurum yaratması da müxalifətdə öz istəklərinə xidmət edən rıçaqlarının bitib tükənməməsinə hesablanıb. Digər tərəfdən, "Milli Şura"da Əli Kərimlidən ayrılan Müsavat belə bir addım atmalı idi. Çünki İsa Qəmbər bu addımı atmasaydı, özünü Əli Kərimlinin qarşısında zəif hiss edərdi".
sia.az