"Azərbaycan müxalifəti arasında daim ixtilaflar olub və onların liderləri bir-birlərinə qarşı həmişə barışmaz münasibət bəsləyiblər. İndiyə qədər çoxlu birliklər, mərkəzlər yaranıb və məqsədinə çata bilməyərək, dağılıb. Hesab edirəm ki, "Düşüncə Mərkəzi"də növbəti belə qurumlardab biri olacaq". Bu fikirləri SİA-ya açıqlaması zamanı milət vəkili Musa Qasımlı müxalifətin "Düşüncə Mərkəzi" adlı qurum yaratmaq təşəbbüsünə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan qanun çərçivəsində qurulan hər bir mərkəzə normal yanaşır: "Bu, bizim konstitusiyamıza və qanunlarımıza uyğundursa, çox normaldır. Ancaq "Düşüncə Mərkəzi"nə kimlərin toplanması və hansı məsələləri müzakirə edəcəkləri ayrı söhbətin mövzusudur".
M. Qasımlı vurğulayıb ki, Azərbaycanda müxtəlif siyasi partiyalar, təşkilatlar arasında ixtilaflar var və müxtəlif dövrlərdə yaranan qurumlar bu ixtilafların göstəricisidir.
sia.az