PDF Oxu

Siyasət

  • 17

Millət vəkili NATO-nun tədbirində iştirak edir

Millət vəkili NATO-nun tədbirində iştirak edir

Bosniya və Herseqovinanın Sarayevo şəhərində NATO Parlament Assambleyasının 85-ci "Rouz-Rout" seminarı başlayıb. Azərbaycan Milli Məclisindən SİA-ya verilən məlumata görə, tədbirdə azərbaycanlı deputat Zahid Oruc da iştirak edir.Seminarda Avropa Birliyi və NATO-nun genişlənməsi, Bosniya və Herseqovinada, eləcə də Kosovoda və Serbiyada cari siyasi vəziyyət, Cənub-Şərqi Avropada təhlükəsizlik və hərbi sahələrdə əməkdaşlıq, sərhəd idarəçiliyi, müdafiə sahəsində idarəçilik və inteqrasiya məsələlərinə baxılacaq. Tədbirdə NATO və tərəfdaş ölkələrin deputatlarının, Bosniya və Herseqovinanın yüksək səviyyəli rəsmi şəxslərinin, beynəlxalq təşkilatların və QHT nümayəndələrinin iştirakı gözlənilir.Seminar martın 20-nə qədər davam edəcək.

sia.az

Digər xəbərlər