PDF Oxu

Siyasət

  • 37

Sulutəpə-Biləcəri hissəsi 8 hərəkət zolağa uyğun yenidən qurulur

Sulutəpə-Biləcəri hissəsi 8 hərəkət zolağa uyğun yenidən qurulur

Biləcəri-Xocasən istiqamətində avtomobil yolunun Sulutəpə-Biləcəri hissəsi 8 hərəkət zolağa uyğun yenidən qurulur. Bunu SİA-ya açıqlamasında Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.Onun sözlərinə görə, ərazidə olan qaz kəməri istisna olmaqla su, qaz, elektrik və rabitə xətləri artıq köçürülüb: "Vaxtı ilə əraziyə axıdılan kanalizasiya sularının qarşısını almaq üçün həmin xətlər yenidən qurulub. Yolun 1 km-lik hissəsində eni 20 metr olmaqla torpaq yatağı tikilib. Eyni zamanda təxminən 600 metr məsafədə 1 metr hündürlüyündə yol geyimi konstruksiyası hazırlanıb.P. Mürsəliyev həmçinin qeyd edib ki, mövcud yolun 2 zolaqlı və eninin 10 metr olması nəqliyyat vasitələrinin hərəkətində mütəmadi şəkildə müəyyən çətinliklər yaradır: "Yeni yol istifadəyə verildikdən sonra, yəni yenidən qurulmuş yolun eni 34 metr olmaqla 8 hərəkət zolağına uyğun olacaq. Çinlərin eni hər tərəfdə 1 metr, eyni zamanda 1 metrlik eni olan ayırıcı zolağın olması da nəzərdə tutulub. Bundan əlavə ərazidə 1 avtobus dayanacağı, Sulutəpə hissəsində 1 dairə, həmin yolun Xocasən hissəsi ilə kəsişməsində yeni bir dairə də salınacaq ki, bu da nəqliyyat vasitələrinin müxtəlif hissələrə normal hərəkətini təmin etmiş olacaq"."Bundan əlavə, Sumqayıtdan Bakı istiqamətində hərəkət edən nəqliyyat vasitələri də yeni yaradılan zolaqların hesabına həm Xocasən, həm də Bakı-Şamaxı avtomobil yolunun Sulutəpə hissəsinə çıxmaq imkanı əldə edə biləcəklər" – deyə, "Azəryolservis ASC-nin mətbuat xidmətinin rəhbəri fikirlərinə əlavə edib.

sia.az

Digər xəbərlər