Avadanlığın səmərəli istismarı və işlərin normativ tələblər əsasında aparılması "Bakı" İstilik Elektrik Mərkəzində (İEM) texniki iqtisadi göstəricilərin daha da yaxşılaşmasına kömək edir.
"Azərenerji" ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, cari ilin fevralında Bakı İEM-də 51 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal edilmişdir. Son iki ayda isə burada 103,4 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal olunmuşdur.
Qeyd edək ki, ötən il stansiyada 539,8 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilmişdir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ötən ildə olduğu kimi, cari ilin iki ayı ərzində də elektrik enerji istehsalının digər texniki-iqtisadi göstəricilərində yüksək nəticələr əldə olunmuşdur.
AzərTAc