PDF Oxu

Siyasət

  • 40

Millət vəkili: "Dövlət başçısı xalqın etimadını doğruldur"

Millət vəkili: "Dövlət başçısı xalqın etimadını doğruldur"

"Ölkə rəhbərinin əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində atdığı bütün addımlar cəmiyyət tərəfindən dəstəklənir". Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə Azərbaycan Prezidenti İlham Əliyevin "Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında imzaladığı fərmanı şərh edərkən deyib.Onun sözlərinə görə, bu fərman dövlət başçısının növbəti dəfə cəmiyyətin sosial müdafiəsinə ehtiyacı olan təbəqəsinə göstərdiyi diqqətin bir nümunəsidir: "Xüsusi pensiya mühitinin təsis edilməsi, eyni zamanda mövcud sosial müavinətlərin həcminin artırılması dövlətin bu təbəqəyə olan yüksək diqqətinin nəticəsidir. Bu gün Azərbaycanın hər bir vətəndaşının sosial müdafiəsi üçün ölkə rəhbərliyi tərəfindən önəmli addımlar atılır. Sosial müavinətlərin şəffaf şəraitdə ünvanlara çatdırılması və onların həcminin artırılması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Hesab edirəm ki, biz bu kimi fərmanların verilməsi xəbərini hələ çox eşidəcəyik və Azərbaycanın iqtisadi qüdrəti artdıqca sosial müdafiəyə ehtiyacı olan insanların pensiya həcmi daha da yüksək olacaq. Ölkə rəhbərinin cəmiyyətin sosial rifahının yüksəldilməsi istiqamətində imzaladığı fərmanlar və verdiyi sərəncamlar Azərbaycan xalqının dövlət başçısına göstərdiyi etimadı doğrultduğunu bir daha sübut edir".

sia.az

Digər xəbərlər