PDF Oxu

Siyasət

  • 36

Aydın Hüseynov: "Sosial müavinətlərin həcminin artırılması dövlətin vətəndaşa göstərdiyi diqqətdir"

Aydın Hüseynov: "Sosial müavinətlərin həcminin artırılması dövlətin vətəndaşa göstərdiyi diqqətdir"

"Azərbaycan hökumətinin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biri ölkənin iqtisadi və maliyyə imkanlarının artmasının müqabilində əhalinin sosial yaşayış şəraitinin yaxşılaşmasına nail olmaqdan ibarətdir. Dövlət başçısı vətəndaşların rifah halının yaxşılaşması, aztəminatlı ailələrin lazım olan sosial müdafiə tədbirləri ilə təmin edilməsi, sosial sahədə mövcud olan bütün problemlərin aradan qaldırılması ilə bağlı davamlı işlər görür". Bu barədə SİA-ya açıqlamasında YAP-ın İqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynov Prezident İlham Əliyevin "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Fərmanını şərh edərkən bildirib.Onun sözlərinə görə, dövlət başçısının müvafiq sərəncamları ilə 2013-cü ilin sentyabr ayında pensiyaların baza hissəsinin həcmi artırılaraq 100 manata çatdırılıb və ölkədə pensiya alan 1 milyon 209 min vətəndaşın əmək pensiyalarının baza hissəsi təxminən 17,6 faiz artırılıb: "Ötən il həmçinin, 950 min nəfərin sosial müavinətləri də artırılıb. Bu sosial tədbirlərə məcburi köçkünlərə yemək üçün verilən müavinətlərin, valideynlərini itirən, valideyn himayəsindən məhrum olan uşaqların qəyyumlarına, ailə başçısının itirilməsinə görə verilən müavinətlərin və şəhid ailələrinə, milli qəhrəmanlara verilən müavinətlərin artırılması da aiddir. Ötən il bütün dövlət qurumlarında çalışan işçilərin əməkhaqları artırılıb və bu tədbirlər 3 milyona yaxın Azərbaycan vətəndaşını əhatə edib. Bundan başqa, ölkə başçısının sərəncamları ilə yaşayış minimumunun məbləği ölkə üzrə 125 manata, ehtiyac meyarının həddi isə 100 manata çatdırılıb. Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasını, onların layiqli və keyfiyyətli həyat şəraiti ilə təmin olunmasını başlıca məqsədlərdən biri hesab edir".Aydın Hüseynov bildirib ki, dövlət başçısının imzaladığı digər fərmanlara əsasən, müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği artırılıb: "Eyni zamanda, əlillik, ümumi xəstəlik, hərbi xidmət və istehsalatda peşə xəstəliyi, Çernobıl AES-də baş vermiş qəza ilə bağlı İ qrup əlil statusu almış şəxslər üşün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Bu sosial tədbirlər ölkə başçısının əhalinin ən həssas təbəqəsi olan əlillərə olan güclü sosial dəstəyinin nümunəsidir. Əlillərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə imzalanan bu Fərman həmin kateqoriyaya daxil olan insanların təqaüdlərinin 15-20 faiz artmasına səbəb olacaq"

sia.az

Digər xəbərlər