Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin növbəti görüşü Haaqada keçiriləcək. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, görüş martın 24-25-də Haaqada (Niderland) nüvə təhlükəsizliyi sammiti çərçivəsində baş tutacaq.E.Məmmədyarov qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri apreldə regiona səfər edəcəklər.XİN başçısı onu da vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün əbədi olaraq danışıqlar aparıla bilməz: "Biz əbədi olaraq danışıqlar apara bilmərik. Ona görə də böyük sülh müqaviləsinin müzakirəsinə başlamaq lazımdır".
sia.az