"Bu məsələdə hansısa proqnoz verməyə çətinlik çəkirəm". Bunu SİA-ya açıqlamasına Milli Məclisin sədr müavini Bahar Muradova Krımda baş verən hadisələri və bunun ölkəmizə təsir imkanları haqqından danışarkən deyib."Ukraynaya yönəlik siyasətlərin qurulmasında, maraqların reallaşması istiqamətində yolların və mexanizmlərin seçilməsindəki proqnozlar özünü doğrultmadığı kimi, bugünkü vəziyyətə dair söylənilən fikirlər də yanlış ola bilər. Bu gün Azərbaycan bir dövlət olaraq beynəlxalq hüququn prinsiplərini hər zaman üstün tutur. Bununla da ölkəmiz bütün münaqişələrin, konfiliktlərin və ayrı-ayrı ölkələrdə olan daxili problemlərin məhz hüquq çərçivəsində qanunun aliliyi və beynəlxalq hüququn prinsipləri çərçivəsində həllinə tərəfdardır. Hərhalda biz bunu istəyirik" – deyə, B. Muradova fikrini tamamlayıb.
sia.az