PDF Oxu

Siyasət

  • 19

Siyavuş Novruzov: “Azərbaycan heç bir bloka qoşulmur”

Siyavuş Novruzov: “Azərbaycan heç bir bloka qoşulmur”

"Azərbaycan Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən bu günə qədər balanslaşdırılmış müstəqil siyasət aparır". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov ölkədəki bəzi siyasi dairələrin, radikal müxalifət mediasının ölkədəki proseslərin guya başqa güclər tərəflərdən diktə altında idarə edilməsinə münasibətini bildirərkən deyib."Azərbaycan heç bir bloka qoşulmur, heç bir iri dövlətin təsiri altına düşmür"-deyə vurğulayan Siyavuş Novruzov onu da qeyd edib ki, ölkəmiz bəzi dairələr tərəfindən irəli sürülən qeyri-ciddi iddialara rəğmən, bütün dövlətlərlə eyni şəkildə qarşılıqlı münasibətlər qurub və qurmaqdadır: "Prezident İlham Əliyev Azərbaycan xalqına ünvanladığı Novruz bayramı təbrikində bir daha vurğuladı ki, Azərbaycanın beynəlxalq arenadakı mövqeyi xalqımızın maraqlarını müdafiə etməkdən ibarətdir. Azərbaycan müstəqil dövlət kimi bütün dövlətlərlə, beynəlxalq təşkilatlarla bərabər səviyyəli münasibətlərini qurur".

sia.az

Digər xəbərlər