PDF Oxu

Siyasət

  • 25

YAP Gədəbəy rayon təşkilatı RİH ilə birlikdə Novruz bayramı ilə bağlı geniş tədbir keçirib

YAP Gədəbəy rayon təşkilatı RİH ilə birlikdə Novruz bayramı ilə bağlı geniş tədbir keçirib

Dünən YAP Gədəbəy rayon təşkilatı RİH ilə birlikdə xalqımızın əziz bayramı olan Novruz bayramı ilə bağlı tədbir keçirib. Tədbirdə RİH başçısı cənab Ramiz Yediyarov çıxış edərək, Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənabları olmaqla bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərək, tədbir iştirakçılarının nəzərinə çatdırdı ki, islam xadimləri bu bayrama dini rəng verməyə çalışırdılar: "Lakin Novruzun islamdan da əvvəl yaranmasını görkəmli maarifçilərdən Firdovsi, Nizami, Sədi, Hafiz və başqaları da təsdiq etmişlər. Novruz bayramının yaranması tarixinə həsr olunmuş yazılardan Nizaminin "Siyasətnamə"sini, Ömər Xəyyamın " Novruznamə"sini misal göstərdi".

R.Yediyarov onu da vurğulayıb ki, ölkəmiz müstəqillik qazandıqdan sonra Ulu Öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi, xalqımız üçün müqəddəs olan bu bayramın da dövlət səviyyəsində qeyd olunmasının təməlini qoydu: "Həmin vaxtdan Ulu Öndərin daxili və xarici siyasətini uğurla davam etdirən dövlət başçısı İlham Əliyev Cənabları tərəfindən Novruz bayramı respublikamızın bütün bölgələrində dövlət səviyyəsində, təntənəli şəkildə qeyd edilir. Bu gözəl bayramımızın ən böyük qüdrətidir ki, heç bir qara qüvvə onu millətin ruhundan və ürəyindən qopara bilməyib. Buna görə də böyük tarixə malik olan bu bayram minilliklər ərzində öz gözəllik və təravətini itirməmiş, öz varlığını bu günümüzə qədər saxlamış və gələcəkdə də saxlayacaqdır".

Bayram şənliyində iştirak edən rayon ictimaiyyəti bayram ərəfəsində keçirilən çərşənbələrlə bağlı hazırlanmış sərgilərlə tanış olaraq, bayram tonqalı ətrafında Novruzun qarşılanmasının əsas simalarından olan Kosanın, Keçəlin və Bahar qızın bayram təbriklərini ürəkdən alqışladılar. Sonra Novruz şənliyinə toplaşmış ictimaiyyət qarşısında rayon mədəniyyət şöbəsinin bədii kollektivi, uşaq yaradıcılıq birliyinin kollektivi, Gədəbəy aşıqları geniş konsert proqramı ilə çıxış etdilər. Həmçinin, rayonun idmançıları şənlik iştirakçıları qarşısında öz nümunəvi çıxışlarını nümayiş etdirdilər.

ÜLVİ

Digər xəbərlər