PDF Oxu

Siyasət

  • 18

Azərbaycanın İstanbuldakı baş konsulu Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Mərkəzinin “Şərəf” medalı ilə təltif olub

Azərbaycanın İstanbuldakı baş konsulu Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Mərkəzinin “Şərəf” medalı ilə təltif olub

Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Mərkəzinin "Şərəf" medalı ("Onur madalyası") ilə təltif olunmuşdur.

Novruz bayramı münasibətilə İstanbulda təşkil olunmuş mərasimdə medalı təqdim edən Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Mərkəzinin baş direktoru Akkan Suver Həsən Zeynalovun Türkiyə-Azərbaycan münasibətlərinin inkişafındakı səmərəli fəaliyyətindən danışmışdır. Baş direktor bildirmişdir ki, sülh və sabitlik, tərəqqi və inkişaf, insanların rahat və firavan həyatının təmin edilməsi, səmimi dostluq və mehriban qonşuluq münasibətlərinin qorunub saxlanması Azərbaycan dövlətinin siyasətində aparıcı xətdir. H.Zeynalov bu istiqamətdə məqsədyönlü diplomatik fəaliyyətini uğurla həyat keçirdiyi üçün Mərkəzin medalına layiq görülmüşdür.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mərasimdə iştirak etmişdir.

AzərTAc

Digər xəbərlər