"Azərbaycan Prezidenti İlham Əliyevin "Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında Fərmanı əlillərə olan diqqət və qayğısının nəticəsidir". Bu fikri Milli Məclisin deputatı Vahid Əhmədov deyib.
V.Əhmədov bildirib ki, Novruz bayramı ərəfəsində belə bir fərmanın imzalanmasının əhəmiyyəti olduqca böyükdür. Onun sözlərinə görə, dövlətimiz şəhid ailələrinə də qayğı göstərir.
"Dövlətimiz şəhid ailələrinin mənzil və məişət problemlərinin həll olunmasını öz üzərinə götürüb. Dövlət dəstəyi ilə binalar inşa olunur. İnsanlar da həmin mənzillərlə təmin olunurlar eyni zamanda, həmin insanlar pulsuz müalicə və müayinə olunurlar. Ümumiyyətlə, bu kateqoriyalı insanların sosial müdafiəsinin gücləndirilməsi prioritet istiqamətlərdəndir"- deyə, deputat qeyd edib.
yap.org.az