Aprelin 1-dən 3-dək Qazaxıstanın Atırau şəhərində "ATYRAU İNVEST–2014" 2-ci beynəlxalq biznes forum keçiriləcəkdir.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildirmişlər ki, forum çərçivəsində "ATYRAU OIL & GAS–2014", "ATYRAU Build–2014" sərgiləri və "ATYRAU Oiltech–2014" neft sənayesinə dair texnoloji konfrans təşkil olunacaqdır.
yap.org.az