PDF Oxu

Siyasət

  • 18

Araz Əzimov: Azərbaycanın münaqişənin həllinə dair mövqeyi beynəlxalq prinsiplərdən irəli gəlir

Araz Əzimov: Azərbaycanın münaqişənin həllinə dair mövqeyi beynəlxalq prinsiplərdən irəli gəlir

"Azərbaycanın münaqişənin həllinə dair mövqeyi beynəlxalq prinsiplərdən irəli gəlir və əksər ölkələr, təşkilatlar tərəfindən dəstəklənir". Bu fikri xarici işlər nazirinin müavini Araz Əzimov deyib.

A.Əzimov bildirib ki, Azərbaycanın öz mövqeyi beynəlxalq hüquqdan irəli gəlir və ərazi bütövlüyü prinsipindən heç vaxt geri çəkilməyəcək. Onun sözlərinə görə, Azərbaycanda öz yerlərini məcburi dəyişən qaçqın və məcburi köçkünlər var və onlar unudulmamalıdır.

"Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemləri həll olunur, amma onların yeni yaşayış yerlərinə köçürülməsi müvəqqətidir və buna məsələnin həlli kimi baxılmamalıdır. Çünki onların probleminin həlli yalnız öz torpaqlarına qayıtmaları ilə olacaq. Azərbaycanın işğal olunmuş ərazilərindən olan insanların öz doğma torpaqlarına qayıtması ilə bağlı Böyük qayıdış layihəsi beynəlxalq təşkilatlarda təbliğ edilməlidir"- deyə, nazir müavini vurğulayıb.

yap.org.az

Digər xəbərlər