PDF Oxu

Siyasət

  • 23

Mikayıl Cabbarov: Bu layihənin əhəmiyyəti ondan ibarətdir ki, onun uğurla həyata keçirilməsi gələcək nəsillərimizin təhsil nailiyyətlərinə müsbət təsir göstərəcək

Mikayıl Cabbarov: Bu layihənin əhəmiyyəti ondan ibarətdir ki, onun uğurla həyata keçirilməsi gələcək nəsillərimizin təhsil nailiyyətlərinə müsbət təsir göstərəcək

"İnkarolunmaz faktdır ki, ölkəmizdə məktəbəqədər müəssisələrin inkişafı Azərbaycanın müstəqillik illərinə təsadüf edir. Hazırda Azərbaycan Respublikasında 111090 uşağı əhatə edən 1677 məktəbəqədər təhsil müəssisəsi, o cümlədən 537 uşaq bağçası, 1110 körpələr evi-uşaq bağçası, 25 körpələr evi, 5 məktəb-bağça, sağlamlıq imkanları məhdud uşaqlar üçün 4 xüsusi uşaq bağçası, eyni zamanda 12 müəssisədə 19 xüsusi təhsil qrupları, 4 sanator tipli məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir". Bu fikirləri təhsil naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarov bildirib ki, respublikada məktəbəqədər yaşlı uşaqların təhsil müəssisələrinə cəlbi 14,8 faiz təşkil etdiyindən bu yaşda uşaqların 80 faizindən çoxu davamlı və ardıcıl təhsil imkanından kənarda qalır. Onun sözlərinə görə, halbuki Təhsil Nazirliyi tərəfindən aparılmış milli qiymətləndirmə tədqiqatları da sübut edir ki, bir ildən artıq uşaq bağçasına getmiş uşaqlar ibtidai təhsilin sonunda uşaq bağçasına getməmiş uşaqlardan ana dili fənni üzrə 4%, riyaziyyat fənni üzrə isə 5% daha yüksək nəticə göstəriblər.

"Ona görə məktəbəqədər təhsil müəssisələrindəki təlim-tərbiyə prosesi ailələrdəki eyni prosesin, ibtidai təhsil isə məktəbəqədər təhsil və məktəbə hazırlıq təliminin davamı kimi vahid sistemdə birləşməlidir. Bu il fevralın 24-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə fondun yeni layihəsinin - məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı keçirilib. Proqram ölkəmizin bütün bölgələrində uşaq bağçalarının genişmiqyaslı tikintisi, yenidənqurulması və əsaslı təmirinin dəstəklənməsini nəzərdə tutur. Bu layihənin əhəmiyyəti ondan ibarətdir ki, onun uğurla həyata keçirilməsi gələcək nəsillərimizin təhsil nailiyyətlərinə müsbət təsir göstərəcək, cəmiyyətin bütün təbəqələrini əhatə edəcək və nəticə etibarilə ölkəmizin sosial-iqtisadi inkişafı üçün böyük töhfələr verəcək"– deyə, nazir vurğulayıb.

yap.org.az

Digər xəbərlər