PDF Oxu

Siyasət

  • 23

Elman Nəsirli: “Eyforiyalı situasiyadan yararlanmağa çalışırlar”

Elman Nəsirli: “Eyforiyalı situasiyadan yararlanmağa çalışırlar”

"Belə yanaşmalar əslində, təxribatçı yanaşmalardır. Yaranmış eyforiyalı situasiyadan yararlanmağa çalışırlar. Jirinovski kimi siyasətbazlar isə daha böyük qüvvələrin əlində bir alətdir. Özləri demək istədikləri fikirləri belə şəxslərin dili ilə səsləndirirlər". Bu fikirləri SİA- ya açıqlamasında politoloq Elman Nəsirli 1992-1995-ci illərdə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olmuş, 1993-cü ildə müdafiə nazirinin səlahiyyətlərini icra etmiş Norat Ter-Qriqoryantsın Jirinovskinin bəyanatını dəstəkləməsinə, eləcə də Ermənistanın Dağlıq Qarabağla birlikdə referendum keçirməsinə, nəticədə Rusiya Federasiyasının tərkibinə daxil olmasına dair fikrinə münasibət bildirərkən söyləyib.

Elman Nəsirli qeyd edib ki, belə bəyanatlar yeni bir oyunun başlanğıcıdır: "Əvvəllər ənənəvi olaraq bele referendum istəklərinin mahiyyətində o dayanırdı ki, referendum keçirib Qarabağı Ermənistana birləşdirsinlər. Lakin indi isə Jirinoviskidən gələn "ideyadan" istifadə edib, bunu başqa bir formada həyata keçirmək istəyirlər. Yəni Qarabağı Rusiyaya birləşdirsinlər və bir müddət keçəndən sonra da Rusiyanın tərkibindən ayrılıb, Ermənistana birləşdirilsin. Belə ideyaların ortaya atılması əslində, Ermənistanın işğalçılıq siyasətinə kimlərin dəstək verdiyinin göstəricisidir".

sia.az

Digər xəbərlər