PDF Oxu

Siyasət

  • 21

Elman Məmmədov: “Ermənilər gözlərini açandan heç vaxt müstəqil olmayıblar”

Elman Məmmədov: “Ermənilər gözlərini açandan heç vaxt müstəqil olmayıblar”

"Bütün bunlar şantaj xarakterli bəyanatlardır. Heç buna bəyanat da demək olmaz. Boş fikirlər, xəyallar, yersiz sözlərdir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov 1992-1995-ci illərdə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olmuş, 1993-cü ildə müdafiə nazirinin səlahiyyətlərini icra etmiş Norat Ter-Qriqoryantsın "Jirinovskinin bəyanatını dəstəkləyirəm. 1813-cü il Gülüstan sülh müqaviləsinə əsasən Qarabağ Rusiya imperiyasına daxil olub. Ermənistan Dağlıq Qarabağla birlikdə referendum keçirməli və Rusiya Federasiyasının tərkibinə daxil olmalıdır" fikrinə münasibət bildirərkən söyləyib.Elman Məmmədov, həmçinin qeyd edib ki, bu cür bəyanatları ciddi qəbul etmək lazım deyil: "Bu cür boş, mənasız fikirləri ciddi qəbul etməyə dəyməz. Onlar getsinlər öz tarixlərinə baxsınlar. Ermənilər gözlərini açandan heç vaxt müstəqil olmayıblar. Hər zaman kiminsə diqtəsi, əmri altında qalıblar. Bu fikirlər onların acizliyindən irəli gəlir. Ölkəmiz günü-gündən güclənir, inkişaf edir. Onların da bunu gözü götürmür".

sia.az

Digər xəbərlər