PDF Oxu

Siyasət

  • 25

Hikmət Babaoğlu: “Ceyms Uorlikin bu bəyanatı diplomatik xətadır”

Hikmət Babaoğlu: “Ceyms Uorlikin bu bəyanatı diplomatik xətadır”

"Ümumiyyətlə, ATƏT-in Minsk qrupu həmsədrlərinin zaman-zaman bu kimi müxtəlif səpkili çıxışlarının şahidi olmuşuq". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində bitərəf mövqe tutmamasına münasibət bildirərkən deyib.Politoloqun sözlərinə görə, ATƏT-in Minsk qrupu fəaliyyət göstərdiyi müddət ərzində heç bir uğurlu nəticə əldə edə bilməyib: "Məhz buna görə də görünür, bəzi hallarda ayrı-ayrı həmsədrlər rəsmi vəzifələrini və statuslarını unudaraq bu və ya digər şəkildə öz şəxsi dünya görüşlərində diplomatiyaya cəhd göstərirlər. Əlbəttə, bu məsələdə ABŞ-ın rəsmi mövqeyi bəllidir. Bununla belə beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu bilirik. ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Beləcə, münaqişənin adı da beynəlxalq sənədlərdə və beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi müəyyənləşdirilib. Məhz buna görə də hansısa lobbinin və yaxud dini təssübkeşliyin təsiri altında Ceyms Uorlikin bu cür bəyanat verməsi hesab edirəm ki, diplomatik xətadır.Əgər nəzərə alsaq ki, C.Uorlik bu kimi fikirləri şəxsi "twitter" səhifəsindən yayımlayıb, o zaman həmin məsələnin nə yerdə olduğu aydın başa düşüləndir. Amma əsaslı sənədələrdə bu münaqişə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi adlanır. Azərbaycan güclü dövlətdir və beləcə hər hansı bir diplomat, həmsədr ölkəni təmsil edən səfir bu münaqişənin beynəlxaq ictimaiyyət tərəfindən qəbul olunmuş formasını dəyişdirə bilməz".

sia.az

Digər xəbərlər