Martın 27-də ABŞ Konqresinin üzvü Cef Miller Konqresdəki Azərbaycan üzrə İşçi Qrupuna qoşulmuşdur. Bununla da Azərbaycan üzrə İşçi Qrupundakı konqresmenlərin sayı 63-ə çatmışdır.
Respublikaçılar Partiyasından olan Cef Miller Konqresdə Florida ştatına aid seçki dairəsini təmsil edir.
Konqresdə 2004-cü ildən fəaliyyət göstərən Azərbaycan üzrə İşçi Qrupu Azərbaycan-ABŞ münasibətlərinin inkişafında xüsusi rol oynayır.
yap.org.az