"Akademi Group" Xaricdə Təhsil Mərkəzinin təşkilatçılığı ilə Bakıda və Gəncədə təhsil sərgiləri açılacaqdır.
Aprelin 5-də və 6-da Bakıdakı "Hilton" mehmanxanasında Türkiyənin 30-a yaxın universitetinin iştirakı ilə növbəti xüsusiləşmiş təhsil sərgisi təşkil olunacaqdır. Sərgidə tələbələrə xaricdə yüksək keyfiyyətli təhsil imkanı, yataqxanalar və digər məsələlər barədə ətraflı məlumat veriləcəkdir. Sərgidə, həmçinin bu universitetlərdə pulsuz təhsil imkanları haqqında təqdimat və seminarların keçirilməsi də nəzərdə tutulmuşdur.
Aprelin 8-də isə ilk dəfə olaraq Gəncədəki "Vego" otelində Türkiyə universitetlərinin təhsil sərgisi təşkil ediləcəkdir. Sərgidə Türkiyənin bir sıra dövlət və vəqf universitetləri təmsil olunacaqdır.
Hər iki sərgidə Azərbaycanın Təhsil Nazirliyinin nümayəndələrinin, Türkiyənin ölkəmizdəki səfirliyinin təhsil müşavirliyinin iştirakı da nəzərdə tutulmuşdur.
Hər iki sərgiyə giriş ödənişsizdir.
yap.org.az