2014-cü ilin yanvar-fevral aylarında Azərbaycanda həyat sığortası ilə məşğul olmaq hüququna malik olan üç şirkət - "Paşa Həyat", "Atəşgah Həyat" və "Qala Həyat" həyat sığortası üzrə İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 22,77 milyon manat vəsait toplayıb ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 53,75 faiz üstələyib. Bu barədə Azərbaycan Maliyyə Nazirliyinin 2014-cü ilin yanvar-fevral aylarında sığorta şirkətlərinin fəaliyyəti haqqında hesabatında deyilir.
Hesabata görə, şirkətlərin həyat sığortası üzrə yığımlarının payı il ərzində 18,8 faizdən 24,85 faizədək artıb.
Ödənişlər də artıb: 2014-cü ilin yanvar-fevral aylarında 1,379 milyon manat məbləğində ödəniş həyata keçirilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 4,93 dəfə çoxdur.
Bu ödənişlərin xüsusi çəkisi sığorta bazarında il ərzində 1,73 faizdən 7,25 faizədək artıb.
yap.org.az