"31 mart soyqırımı ilə bağlı artıq Azərbaycanda müvafiq hüquqi baza yaradılıb. Yəni həmin tarixdə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırım, etnik təmizləmə haqqında bir sıra sənədlər hazırlanaraq qanunlaşıb". Bu fikirləri SİA-ya Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin üzvü Elman Məmmədov 31 mart soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlərdən danışarkən bildirib.Millət vəkili qeyd edib ki, yaradılan hüquqi bazanın əsasında bir çox xarici ölkələrin parlamentlərinə, insan hüquqları ilə məşğul olan təşkilatlara, diasporalara bu barədə kifayət qədər məlumatlar göndərilib: "Azərbaycan diaspora təşkilatlarının bu istiqamətdə gördüyü işlər danılmazdır. Azərbaycan tərəfi olaraq hər zaman çalışırıq ki, tarixi sənədlərə əsaslanaraq dünyaya sözümüzü çatdıraq".Elman Məmmədov onu da vurğulayıb ki, 31 mart soyqırımının dünyada tanıdılmasında istər Azərbaycanda, istərsə də xarici ölkələrdə çoxsaylı tədbirlər həyata keçirilir: "Tədbirlərə həmin ölkələrin rəsmiləri, kütləvi informasiya vasitələri cəlb olunurlar. Tədbir ərəfəsində tarixi faktlara əsaslanan fikirlər səsləndirilir, vidoçarxlar yayımlanır. Bütün bunlar dövlətimizin, hökumətimizin Azərbaycan həqiqətlərinə biganə qalmadıqlarını bir daha sübut edir. Hesab edirəm ki, bu istiqamətdə fəaliyyətimizi daha da gücləndirməli, haqq səsimizi, ermənilərin xalqımıza qarşı əsrlər boyu törətdikləri vəhşilikləri daha yüksək səviyyədə beynəlxalq aləmə çatdırmalıyıq. Bizim heç kimin torpağında gözümüz yoxdur. Məqsədimiz yalnız Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək və ermənilərin iç üzünü dünyaya göstərməkdir. Beynəlxalq aləmdən də tələbimiz budur ki, haqq-ədalətin yanında olsunlar, kimin kim olduğunu dərk edərək qiymət versinlər, cinayətkarların cəzalandırılması üçün bizimlə həmrəy olsunlar. Əgər demokratiyadan, insan haqqlarından danışırlarsa, onda ədalətli mövqe sərgiləsinlər. Ancaq bu vaxt xalqımıza qarşı törədilən amansızlıqlar öz cəzasını tapa bilər".
sia.az