PDF Oxu

Siyasət

  • 25

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Moskvada görüşəcəklər

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Moskvada görüşəcəklər

Moskvada MDB ölkələrinin xarici işlər nazirləri Şurasının toplantısı keçiriləcək. SİA-nın məlumatına görə, toplantı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün keçirilməsi nəzərdə tutulur.Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi ilə əlaqə saxladıq. XİN-dən bildirilib ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov toplantıya qatılmaq üçün Moskvaya səfər edəcək. Lakin səfərin nə zaman reallaşacağı hələlik məlum deyil.

sia.az

Digər xəbərlər