PDF Oxu

Siyasət

  • 24

Musa Qasımlı: Metsamor AES region və dünya üçün böyük təhlükədir

Musa Qasımlı: Metsamor AES region və dünya üçün böyük təhlükədir

"Haaqa şəhərində III Nüvə təhlükəsizliyi sammitinin keçirilməsi, aparılan müzakirələr olduqca əhəmiyyətlidir. Sammitdə Azərbaycan Prezidenti İlham Əliyevin nitqi həm region, həm də dünya siyasəti və təhlükəsizliyinə baxış mövqeyindən diqqətçəkən oldu". Bu fikirləri Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, sammitdə ölkə başçısı nüvə təhlükəsizliyinin təmin edilməsinin vacibliyini önə çəkdi: "Bu baxımdan Prezident İlham Əliyev Ermənistandakı Metsamor atom elektrik stansiyasının mövcudluğuna diqqəti yönəltdi. Köhnəlmiş stansiyanın mövcudluğu region ölkələri üçün təhlükə mənbəyidir. Çünki bu AES artıq texnoloji baxımdan köhnəlib və ömrünü başa vurub".

M. Qasımlı qeyd edib ki, hər hansı bir nasazlıq olsa, Metsamor AES region üçün böyük fəlakətə səbəb ola bilər: "Ermənistan aktiv seysmik zonada yerləşir. Əgər hər hansı bir zəlzələ baş verərsə, AES-də partlayışlar ola bilər. Digər bir məsələ isə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində radioaktiv maddələrin basdırılması ehtimalının yüksək olmasıdır". Millət vəkili əlavə edib ki, Metsamor AES eyni zamanda ekoloji təhlükə mənbəyidir: "Çünki ermənilər Araz çayına radioaktiv çirkab maddələrini atırlar. Bu da region və dünya üçün böyük təhlükədir".

yap.org.az

Digər xəbərlər