"Dövlət başçısının Qarabağ müharibəsi əlillərinin sosial müdafiəsi istiqamətində imzaladığı son sənədlər bu yöndə ilk qərarlar deyil". Bu fikri Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı deyib.
M.İbrahimqızı bildirib ki, indiyə qədər Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, eləcə də, yüzminlərlə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində xeyli sayda fərman və sərəncamlar imzalanıb: "Dövlət başçısının son sərəncam və fərmanları həmin sənədlərin məntiqi davamıdır. Hesab edirəm ki, ildən-ilə dövlətimiz gücləndikcə, maliyyə imkanları artdıqca bu sosialyönümlü siyasətin miqyası daha da genişlənəcək. İnanıram ki, dövlətimiz bu insanları gələcəkdə də belə qərarlarla sevindirəcək. Bütün bunlar isə Azərbaycanda sosial dövlət quruculuğunun göstəricisidir" - deyə, M.İbrahimqızı vurğulayıb.
yap.org.az