"31 mart Azərbaycanlıların Soyqırım günü Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla qeyd olunur. Azərbaycan xalqının neçə əsr ərzində başına gətirilən faciə və müsibətlər, eyni zamanda soyqırım aktları bu tarixi gündə bir daha ümumiləşdirilmiş şəkildə yada salınır". Bunu SİA-ya millət vəkili Bəxtiyar Sadıqov deyib.Parlament üzvünün sözlərinə görə, Ulu öndərin bu fərmanı çox möhtəşəm bir tarixi sənəddir: "Çünki bu fərmanda tariximizə yeni bir baxış nöqtəsi müəyyənləşdirilmiş və Azərbaycan tarixinin yenidən daha düzgün, həqiqətə, reallığa uyğun obyektiv yazılması tövsiyyə olunmuşdur. Niyə? Çünki hər zaman tarixin o keçməkeşli dövründə bizim düşmənlərimiz sanki pusquda duraraq, Azərbaycanı soyqırımına uğratmaq və bizdən ərazi mənimsəməyə hazır olublar. Beləcə bu niyyətlərini də gerçəkləşdiriblər. Uzun müddətdir düşmənlərimizin arxasında dayanan qüvvələr, onların havadarları bu gerçəkliyi dünya ictimaiyyətindən və tarixdən gizlətməyə çalışıblar. Məhz buna görə də Sovet dövrü daxil olmaqla ondan əvvəlki dövrlərdə də xalqımızın başına gətirilən faciələr gizlədilərək təhrif olunub. Bununla da ermənilər bütün dünyaya hay-küy salaraq guya ki, 1815-ci ildə soyqırıma məruz qalıblar.Bu gün Azərbaycan müstəqillik qazandıqdan və Ümumilli liderin 1998-ci il martın 26-da imzaladığı möhtəşəm fərmandan sonra artıq həqiqətlər dünyaya, dünya ictimaiyyətinə bəlli olur. Hətta Xocalı soyqırımı 30-dan çox dövlət və qurum tərəfindən tanınıb və qəbul olunur. Təbii ki, get-gedə bu "Xocalıya ədalət" kampaniyası çox böyük uğur qazanır. Azərbaycan xalqının başına gətirilən faciələr çoxdur. Deyərdim ki, Azərbaycan iqtidarının son dövrdə bütün ictimai-siyasi qüvvələri, qeyri-hökümət təşkilatlarını (QHT) səfərbər etməklə gördüyü işlər artıq uğur qazanmaqdadır".
sia.az