PDF Oxu

Siyasət

  • 22

Elçin Mirzəbəyli: “Rusiya yeni formatlarla öz iddialarını həyata keçirməyə çalışır”

Elçin Mirzəbəyli: “Rusiya yeni formatlarla öz iddialarını həyata keçirməyə çalışır”

"Müstəqil Dövlətlər Birliyinin (MDP) bir format olaraq sıradan çıxması əslində Rusiyanın maraqlarına daha çox xidmət edir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli Ukrayna hadisələrindən sonra MDB-nin perspektivinə münasibətini açıqlayarkən deyib. Rusiyanın Gömrük İttifaqı və Avrasiya İttifaqı kimi avantürist ideyalarını reallaşmaq istəyi olduğunu deyən Mirzəbəyli eyni zamanda qeyd etdi ki, indiki şəraitdə MDB-nin qalıb-qalmaması prinsip etibarı ilə elə də əhəmiyyətli faktor deyil: "MDB çərçivəsində hər hansı bir fundomental qərarlar qəbul edilmir, eləcə də qurum dövlətlər üzərində hər hansı bir qurum funksiyasını yerinə yetirmir. Hətta onların səlahiyyətlərinə xələl gətirəcək hər hansı bir funksiyaya malik deyil. Gömrük İttifaqı və Avrasiya İttifaqından fərqli olaraq, burada əsas məsələ onların konkret sərhədləridir. MDB-nin qalması sadəcə keçmiş Sovet respublikalarının əməkdaşlığı üçün bir formatdır. Artıq ortada bir mənəzərə var. Rusiyanın MDB-yə olan münasibətində real mənzərə isə ondan ibarətdir ki, Rusiya yeni formatlarla özünün iddialarını həyata keçirməyə çalışır".

sia.az

Digər xəbərlər