"Türkiyədə baş tutan bələdiyyə seçkiləri bu ölkədə gərginliyi aşağı salmayacaq. Avqust ayında Türkiyədə prezident seçkilərinin keçiriləcəyini nəzərə alsaq, onda bu kompramat savaş davam edəcək". Bu fikirləri SİA-ya Milli Məclisin deputatı, Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa Türkiyədə keçirilən bələdiyyə seçkilərini şərh edərkən deyib.
F. Mustafa bildirib ki, prezident seçkilərinə qədər Türkiyədə qarşıqlıq yaratmaq istəyən qüvvələr çox ciddi səylər göstərəcəklər: "Bələdədiyyə seçkisi prezident seçkisinin sadəcə tərkib bissəsi idi.
Ancaq, Ədalət və İnkişaf Partiyasının (AKP) üzərinə o qədər ittiham yüklənmişdi ki, bu seçkidə AKP-nin qələbə qazanması çox vacib idi".
Partiya sədri vurğulayıb ki, bütün hallarda bu seçki Türkiyədəki gərginliyə yekun vurmayacaq: "Türkiyədəki gərginlik hələ davam edəcək. Hər halda prezident seçkilərinədək AKP-nin qarşısını almaq üçün daha ciddi fəaliyyətlər ortaya qoyulacaq. Hətta müəyyən sürpirizlərin olacağı da istisna edilmir".
Xatırladaq ki, ötən gün Türkiyədə keçirilən bələdiyyə seçkilərində hakim Ədalət və İnkişaf Partiyası inamlı qələbə qazanıb.
sia.az