PDF Oxu

Siyasət

  • 29

Tahir Rzayev: "Bu işlər erməni vəhşiliklərini dünyaya tam çatdırına qədər davam etməlidir"

Tahir Rzayev: "Bu işlər erməni vəhşiliklərini dünyaya tam çatdırına qədər davam etməlidir"

"Dövlətimiz 31 mart azərbaycanlıların soyqırımı gününün tarixi həqiqətlərinin dünyaya çatdırılması istiqamətində yetərli qədər tədbirlər həyata keçirir, ancaq bununla kifayətlənmək olmaz. Erməni vəhşilikləri dünya ictimaiyyətinə tam çatdırılana və dünya bu haqda tam məlumatlı olana qədər işləri dayandırmamalıyıq". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev soyqırımı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində görülən işlərdən danışarkən deyib.Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla 31 mart tarixi hər il azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir: "Bu, gələcək nəsillərin həmin tarixi hadisələri unutmaması, keçmişimizin xatırlanması üçün çox mühüm bir sənəddir. O da qeyd edilməlidir ki, həmin fərmana qədər biz 31 mart soyqırımı barədə yalnız elmi söhbətlər edirdik. Ancaq 1998-ci ildə imzalanan bu sərəncamdan sonra 31 mart soyqırımı dövlət səviyyəsində müzakirə edilməyə başlandı. Bu isə 31 mart soyqırımının dünyaya çatdırılması üçün bizim əlimizdə çox ciddi əsasa çevrildi. Hazırda da 31 mart azərbaycanlıların soyqırımı günü dövlət səviyyəsində qeyd edilir. Həmin gün soyqırımı qurbanlarının anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı aparılan cinayətkar siyasətə cəlb olunur".Millət vəkili əlavə edib ki, Azərbaycan xalqına qarşı törədilən soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi hər zaman davam etdirilir: "İnanıram ki, bu, davamlı xarakter alaraq, erməni xislətinin, erməni vəhşiliyinin, torpaqlarımıza təcavüzün dünyada daha da tanıdılmasına xidmət edəcək".

sia.az

Digər xəbərlər