"Qardaş Türkiyədə keçirilən bələdiyyə seçkilərində AKP-nin qalib gəlməsinə Azərbaycanda hər bir vətəndaş sevindi". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Sahib Alıyev Türkiyədə keçirilən bələdiyyə seçkilərinin nəticələrinə və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qələbə qazanmasına münasibət bildirərkən dedi.Sahib Əliyev həmçinin qeyd etdi ki, AKP-nin qələbə qazanmasını istəməyən daxili və xarici güclər də olub ki, onların əsas məqsədi hakim partiyanın hakimiyyətdən getməsindən ibarət olub: "Gedən proseslərdə açıq-aydın görünürdü ki, bu seçkinin Rəcəb Tayib Ərdoğanın rəhbərlik etdiyi partiyanın tam iflasa uğraması üçün təkcə ölkə daxilində mübarizə getmirdi, həm də xaricdəki böyük güclər də bunda maraqlı idi. Amma Türkiyə cəmiyyəti yetkinlik göstərərək öz hakimiyyətlərini özləri formalaşdırdıqlarını ortaya qoydular. Bu, Ədalət və İnkişaf partiyasından çox Türkiyənin öz qələbəsidir".
sia.az