"Türkiyədə bələdiyyə seçkilərində hakim Ədalət və İnkişaf Partiyasının qalib gəlməsi real faktlara əsaslanır". Bu fikri politoloq Elman Nəsirov deyib.
E.Nəsirov bildirib ki, son zamanlar Türkiyədə yaşanan hadisələr fonunda AKP-nin seçkilərdə qalib gəlmək şansı az olduğu düşünülürdü. Onun sözlərinə görə, bütün bunların müqabilində hakim partiya üstünlüyünü qoruyub saxlaya bilib.
"Seçkilərin gedişatı bir daha onu göstərdi ki, AKP-nin xarizmatik lideri var və xalq onlara 2002-ci ildən hakimiyyətə gəldikləri müddət ərzində ölkə iqtisadiyyatında qazandığı uğurlara, əhalinin işsizliyinin aradan qaldırılması istiqamətində atılan müsbət addımlara görə səs verdi. İqtidar xalq və xalqın güzəranı naminə atdığı addımlara görə də qiymətləndirildi"- deyə, politoloq qeyd edib.
yap.org.az