PDF Oxu

Siyasət

  • 15

Umud Rəhimoğlu: “Bu redaksiyalara dövlət tərəfindən verilən bir şansdır”

Umud Rəhimoğlu: “Bu redaksiyalara dövlət tərəfindən verilən bir şansdır”

"Bütövlükdə Kütləvi İnformasiya Vasitələrinə edilən yardımlar bu qurumlarda çalışanların fəaliyyətlərinin, sosial durumlarının yaxşılaşmasına böyük köməklik göstərir, o cümlədən KİV-lərin texniki bazalarının inkişaf etdirilməsində böyük rol oynayır". Bunu SİA-ya KİVDF-nin Müşahidə Şurasının sədri Umud Rəhimoğlu deyib.U.Rəhimoğlunun sözlərinə görə, hər dəfə mətbuat orqanları öz layihələri ilə çıxış edirlər. Sözsüz ki haqqında danışılan layihələr fondların ekspertləri tərəfindən dəyərləndirilir. Daxil olan vəsait redaksiyalarda çalışanların məvaciblərinin artmasına da təsir edir. Göründüyü kimi, mətbuat orqanları bu vəsaitdən olduqca səmərəli şəkildə istifadə edir. Lakin ola bilər ki, bəzi qəzetlər bu məbləğdən düzgün şəkildə istifadə etməsin. Bu da sözsüz ki, həmin qəzetləri idarə edən redaksiya rəhbərlərindən asılı olan məqamdır. Mən hesab edirəm ki, bu redaksiyalara dövlət tərəfindən verilən bir şansdır və hər bir mətbuat orqanının rəhbəri bu şansı idarə etdiyi qəzetin inkişafı üçün düzgün şəkildə qiymətləndirməlidir. Belə ki, ayrılan məbləğ qəzetlərin tirajlarının və imicinin artmasına yönəldilməlidir".

sia.az

Digər xəbərlər