PDF Oxu

Siyasət

  • 40

Asəf Hacıyev: “Prezidentin siyasəti artıq çox yüksək səviyyədə qəbul olunur”

Asəf Hacıyev: “Prezidentin siyasəti artıq çox yüksək səviyyədə qəbul olunur”

"Ümumiyyətlə Azərbaycan Prezidentinin fəaliyyəti tək ölkəmizdə deyil, eləcə də bütün dünya tərəfindən yüksək qiymətləndirilir. Əgər bu gün Azərbaycana böyük maraq varsa, bu o deməkdir ki, dövlət başçısı cənab İlham Əliyevin apardığı siyasət ən yüksək səviyyədə həyata keçir". Bunu SİA-ya millət vəkili Asəf Hacıyev deyib.Parlament üzvünün sözlərinə görə, son illər ərzində ölkəmizdə keçirilən tədbirlərə (Madrid Klubunun yığıncağı və s.) və digər tərəfdən dünyanın aparıcı beynəlxalq jurnallarında (Asiyanın tanınmış "BizNewsAsia" jurnalında və s.) Azərbaycan Prezidentinin "İlin adamı" elan olunmasına nəzər salsaq görərik ki, dövlətimizin günü-gündən qüdrəti və nüfuzu necə yüksəlməkdədir: "Ölkə başçısının siyasəti nəticəsində yoxsulluq səviyyəsinin 55 faizdən 6 faizə endirilməsi böyük bir möcüzədir. Bu mənada hesab edirəm ki, Azərbaycan Prezidentinin siyasəti artıq çox yüksək səviyyədə qəbul olunur. Azərbaycan prezidentinin apardığı xarici siyasətin digər ölkələr tərəfindən tanınması və onun uğurlu bir siyasətçi kimi dəstəklənməsi dünyada xüsusi bir yer tutmasının təsdiqidir".

sia.az

Digər xəbərlər