PDF Oxu

Siyasət

  • 28

Musa Quliyev: Erməni ictimaiyyəti də Metsamor AES-in nə qədər ciddi təhlükə olduğunu başa düşməlidir

Musa Quliyev: Erməni ictimaiyyəti də Metsamor AES-in nə qədər ciddi təhlükə olduğunu başa düşməlidir

"Metsamor AES bütün bölgə üçün təhlükədir, onun qəzalı vəziyyətdə olması, keyfiyyətsiz tikilməsi və seysmik zonada yerləşməsi hamıya məlumdur. Təəssüflər olsun ki, Azərbaycan tərəfi bu məsələni dəfələrlə qaldırmalarına baxmayaraq, nə Ermənistan hökuməti, nə də onun havadarları tərəfindən ciddi reaksiya verilib". Bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, artıq erməni ictimaiyyəti də Metsamor AES-in nə qədər ciddi təhlükə olduğunu başa düşməlidir. Onun fikrincə, ermənilər öz hökumətlərindən Metsamor AES-lə bağlı ciddi addımlar atmağı tələb etməlidirlər.

"Müvafiq qurumlar, o cümlədən MAQATE orada mütəmadi yoxlamalar həyata keçirməlidir. O stansiyanın köhnə sovet texnologiyası ilə tikilməsi, tikinti işləri aparılan zamanı orda olan əyintilərin aşkara çıxarılması, aşınmalar, iş prosesi, standartlara cavab verməməsi, eyni zamanda onun seysmik bir zonada yerləşməsi ciddi faktlardır. Bunları da beynəlxalq ekspertlər gəlib yoxlayıb qərar verməlidirlər. 1988-ci ildə Spitakda baş verən zəlzələ İrəvan yaxınlığında baş versə, onda necə ola bilər. Bütün bölgə demək olar ki, fəlakətlə qarşılaşar. Metsamor AES-lə bağlı çox ciddi ölçülər götürülməsi ilə əlaqədar dünya ictimaiyyəti və nüvə təhlükəsizliyi ilə bağlı beynəlxalq təşkilatlar yaxın vaxtlarda öz sözlərini deməlidir"- deyə, M.Quliyev vurğulayıb.

yap.org.az

Digər xəbərlər