"Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) özünün fəaliyyəti ilə Azərbaycan mətbuatını milli mətbuatımızın inkişafı tarixində yeni mərhələyə çıxardı". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.Baş redaktorun sözlərinə görə, KİVDF tərəfindən müəyyənləşdirilmiş layihələr və həmin layihələrdə əksini tapmış mövzular müasir Azərbaycanın milli maraqlarına cavab verən prioritet istiqamətləri əhatə edir: "Məhz bu mənada hesab edirəm ki, KİVDF-nin fəaliyyəti və onun mətbuata dəstəyi təkcə maddi müstəvidə ölçülməməli və qitmətləndirilməməlidir. Çünki bu layihə mətbuata, yeni intellektlərin cəlb olunmasını, mətbuata dövlətin və xalqımızın ümumi maraqlarını ifadə edən mövzuların gətirilməsini və bu mövzular ətrafında geniş jurnalist araşdırmalarının aparılması kimi keyfiyyətcə yeni istiqamətləri gətirib. Hesab edirəm ki, biz məsələyə kompleks yanaşsaq görəcəyik ki, bu, Azərbaycanda mətbuatın inkişafına maddi, intellektual, mövzu rəngarəngliyi, eləcə də araşdırmaçı jurnalistikanın inkişafı istiqamətində töhfələrin verilməsi baxımından olduqca qiymətlidir. Bu mənada düşünürəm ki, KİVDF tərəfindən mətbuata ayrılan son maddi dəstək də sadaladığımız sahələrdə yeni inkişaf və keyfiyyət dəyişiklərinə gətirib çıxaracaq".
sia.az