PDF Oxu

Siyasət

  • 14

Ceyhan limanından 1 milyon 702 min tondan çox xam neft ixrac edilmişdir

Ceyhan limanından 1 milyon 702 min tondan çox xam neft ixrac edilmişdir

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) marketinq və iqtisadi əməliyyatlar idarəsi 2014-cü ilin mart ayında Novorossiysk limanından 84 min 681 ton, Supsa limanından 242 min 53 ton, Ceyhan limanından 1 milyon 702 min 355 ton xam neft ixrac etmişdir.

ARDNŞ-nin mətbuat xidmətindən bildirmişlər ki, ümümilikdə yanvar-mart aylarında dünya bazarlarına Novorossiysk limanından 254 min 330 ton, Supsa limanından 807 min 183 ton, Ceyhan limanından isə 4 milyon 694 min 973 ton xam neft yola salınmışdır.

ARDNŞ-nin marketinq və iqtisadi əməliyyatlar idarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri eyni zamanda Azərbaycan dövlətinə məxsus xam neft həcmlərini əks etdirir.

yap.org.az

Digər xəbərlər