"Jirinovski Rusiyada ciddi qəbul olunmayan liberal partiyanın rəhbəridir. Bilirik ki, onun bütün çıxışları həmişə gülüşlə qarşılanır. Rusiya Krımı ələ keçirdikdən sonra o qədər sanksiya ilə qarşılaşacaq ki, daha heç nəyə vaxtı olmayacaq". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Mirkazım Kazımov bildirib.Rusiya dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovskinin Qarabağın da Rusiyaya birləşdiriləcəyi ilə bağlı bəyanatına münasibət bildirən millət vəkili M. Kazımov qeyd edib ki, Azərbaycan hər bir təhlükəyə cavab verə biləcək gücdədir: "Bizi heç kim təhdid edə bilməz. Azərbaycan haqqında bu cür fikirlər deyən Jirinovskiyə etiraz etmək lazımdır. Onu başa salmaq lazımdır ki, onun çıxışları, bəyanatları təxribata çağırışlardır. Amma şəxsən mən onun heç bir fikrini ciddi qəbul etmirəm".
sia.az