PDF Oxu

Siyasət

  • 20

Zahid Oruc: “O, ermənilərin hazırlıqlı tribununa çevrilib”

Zahid Oruc: “O, ermənilərin hazırlıqlı tribununa çevrilib”

"Jirinovski bu rəyləri ilə hazırda Rusiya əleyhinə genişlənən beynəlxalq rəyləri və onlara qarşı olan mənfi münasibəti biraz da dərinləşdirir. Faktiki olaraq sübut edir ki, geniş işğalçılıq siyasətindən danışmaq olar". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc Jirinovskinin son bir neçə gündə ikinci dəfə səsləndirdiyi "Vecimizə deyil, Qarabağı Rusiyaya birləşdirəcəyik" fikrinə münasibət bildirərkən söyləyib.Zahid Oruc bildirib ki, Jirinovski bu gün ermənilərin hazırlıqlı tribununa çevrilib: "O, ermənilərin hazırlıqlı tribununa çevrilib. Bu adam öz bəyanatları ilə Rusiyanın maraqlarına zərbə vurur. Digər bir məsələdə var ki, əslində Jirinovskini Azərbaycana dəvət etməliyik və onun beynində olan dumanlı fikirləri düzəltməliyik. Əslində, onun Azərbaycan haqqında fikirləri çox dumanlıdır".

sia.az

Digər xəbərlər