"Avropa Birliyi bundan sonra da Azərbaycanla bütün sahələrdə əlaqələri inkişaf etdirmək niyyətindədir". SİA-nın məlumatına görə, bu sözləri bunu Avropa Birliyinin Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığının yekunlarına dair hesabatına həsr olunmuş brifinqdə Avropa Birliyinin Azərbaycandakı səfiri Malena Mard deyib.Onun sözlərinə görə, Avropa Azərbaycana enerji tərəfdaşı kimi böyük önəm verir: "Ümumiyyətlə AB üçün Avropa Qonşuluq Siyasəti mühüm əhəmiyyətə malikdir. AB islahatların daha çox aparılmasını istərdi. Birliyin Qonşuluq Siyasətinə önəm verməsinin nəticəsidir ki, 2014-2020 illər üçün bu məsələlərə 15,4 milyard avro ayrılıb".Mard brifinqdə Dağlıq Qarabağ münaqişəsi məsələsinə də toxunub: "Çox təəssüf ki, hələ də münaqişənin həlli istiqamətində tərəqqi əldə edilməyib. Ötən ilin noyabr ayında hər iki ölkənin prezidentləri görüşüb və bu müsbət haldır. Görüş zamanı danışıqların bundan sonra da keçirilməsi qərarı verilib ki, bu da məsələnin həllində önəmlidir. Lakin AB Minsk qrupunun üzvü deyil. Biz danışıqlar aparan tərəf deyilik. İşin mürəkkəbliyindən xəbərdarıq. Biz sülh istiqamətində tərəqqi olmasını istərdik. Minsk qrupunun həmsədrləri, Azərbaycan və Ermənistan bu prosesdə əsas tərəflərdir".
sia.az