"Parlament üzvü bu cür çıxışlar etməməlidir. Qaçqınlar haqqında dediyi epitetlərə ( "ac-yalavac", "təhsilsiz", "mədəniyyət görmədilər" və s.) öz qəti etirazımı bildirirəm". SİA-nın məlumatına görə, bu barədə millət vəkili Aydın Mirzəzadə "facebook" səhifəsində həmkarı deputat Etibar Hüseynovun telekanalların birində qaçqınların Bakı mühitini korlaması barədə söylədiklərinə münasibət bildirərkən deyib.A. Mirzəzadənin sözlərinə görə, xalqı bölmək, bölgəni-bölgəyə qarşı qoymaq yolverilməzdir: "Bakı bütün Azərbaycan xalqının şəhəridir, Bakı mühitini bütün xalqımız öz mədəniyyəti, dəyərləri ilə birlikdə yaradıb, onun tanınmasında hər bir bölgənin, hər bir sosial qrupun böyük zəhməti olub. Bütün böyük şəhərlər bölgələrdən gələn insanların hesabına böyüyür, onların gətirdiyi mədəniyyətin hesabına mədəniyyətini zənginləşdirir.Təəssüf edirəm ki, veriliş zamanı onun səsləndirdiyi mövqeyə etiraz bildirilmədi, qaçqınlar haqqında əsassız fikirlərə yol verildi. Gücümüz azərbaycanlı olmağımızdadır".
sia.az