PDF Oxu

Siyasət

  • 32

Baş nazirin müavini: “Ötən 20 il sübut etdi ki, kimdənsə kömək gözləmək nəticəsizdir”

Baş nazirin müavini: “Ötən 20 il sübut etdi ki, kimdənsə kömək gözləmək nəticəsizdir”

"Ötən 20 il bir daha sübut etdi ki kimdənsə kömək gözləmək nəticəsizdir. Məhz bu səbəbdən Azərbaycan Prezidenti iqtisadiyyatımızı və ordumuzu gücləndirmək yolunu seçdi. Dövlət başçısı 7-8 il bundan öncə bu strategiyanı müəyyənləşdirib". SİA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.Ə. Həsənovun sözlərinə görə, bizim iqtisadiyyatımız və ordumuz güclənsə, onlar bizimlə hesablaşacaqlar: "Ordumuz güclənsə, düşmən başa düşə bilər ki, Azərbaycan öz torpaqlarını azad etməyə başlayar, hətta Zəngəzuru, Göyçəni, İrəvanı da azad edər. Bu güc nümayiş etdirilməsə, dünyadan nə isə gözləmək nəticəsiz olacaq".Baş nazirin müavini ermənilərin İkinci Dünya müharibəsində faşistlərə xidmət etməsi barədə sənədlərin Rusiya arxivlərində olduğunu deyərək, Rusiya dövlətinin bunu görməzliyə vurmasının anlaşılmaz olduğunu dilə gətirib: "Onlar bəyəm hiss etmirlər ki, erməni xalqı sabah da Rusiyaya xəyanət edə bilər? Çünki erməni millətinin genində xəyanət var. Bu gün Rusiyada bir çox yüksək vəzifələrə ermənilər yerləşdirilib. Bu ermənilər yüksək vəzifələrdə məqsədyönlü yerləşdirilib, Rusiya dövləti buna diqqət yetirməlidir. Bir gün Rusiyada da erməni separatizmi baş qaldıracaq. 10-12 il əvvəl Rusiyanın Krasnodar vilayətində kompakt yaşayan ermənilər baş qaldırmışdılar, müstəqillik istəyirdilər. Bu, Dağlıq Qarabağ probleminin həllinə mane olan Rusiyaya, Qərbə, Avropaya dərs olmalıdır. Biz kiçik dövlət, xalqıq, adətən, belə proseslərdə kiçik dövlətlər daha çox əziyyət çəkir. Ancaq Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, ərazi bütövlüyümüz bərpa olunacaq. Biz bu istiqamətdə arxayınlaşıb gözləməli deyilik. Biz hamımız ordumuza, əsgərimizə münasibətimizi dəyişməli, gənclərimizi orduya meylləndirməliyik. Məktəblərdə hərbi vətənpərvərliklə bağlı xüsusi proqramlar tərtib olunaraq dərsliklərə əlavə edilməlidir".

sia.az

Digər xəbərlər