Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistanın xarici işlər naziri Rəşid Meredovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA-nın məlumatına görə, təkbətək və geniş formatda keçirilən görüşdə iki ölkə arasında münasibətlərin inkişafı, qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.Qeyd edək ki, görüşdən əvvəl Türkmənistanın xarici işlər naziri Rəşid Meredovun başçılıq etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda və Şəhidlər Xiyabanında olublar. Daha sonra nümayəndə heyətini Azərbaycan Prezidenti İlham Əliyev qəbul edib.
sia.az